Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ekvadora səfəri zamanı xoşagəlməz halla qarşılaşıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ekvadora səfəri zamanı xoşagəlməz halla qarşılaşıb.

Kürdlər Ərdoğanın çıxışı zamanı zala basqın etdi - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ekvadora səfəri zamanı xoşagəlməz halla qarşılaşıb.


AzNews.az xəbər verir ki, Türkiyə prezidentin Ekvadora dünəndən başlayan 2 günlük səfəri zamanı kürdlərin etirazı ilə qarşılaşıb. Etirazçılar Ərdoğanın ünvanına "Rədd ol!", "Qatil!" və "Yaşasın Kürdistan!" şüarları səsləndiriblər. Etirazçılar Ərdoğanın çıxışı zamanı zala da daxil olublar. Burada da şüarlar səsləndirən nümayişçilər Türkiyə prezidentinin mühafizəçiləri tərəfindən güclə bayıra çıxarılıblar. Prezidentin mühafizəçiləri ilə etirazçılar arasında yaşanan qarşıdurma zamanı qarşı tərəfdən bir nəfərin burnunun sındığı iddia olunur.

Qeyd edək ki, Ərdoğan Ekvadora bir sıra strateji əhəmiyyətli iqtisadi sazişlər imzalamaq üçün səfər edib.



Aydan AXUNDOVA