Tayvanın cənubunda baş verən güclü zəlzələdə ölənlərin sayı 26-ya yüksəlib. Tayvanın cənubunda baş verən güclü zəlzələdə ölənlərin sayı 26-ya yüksəlib.

Dəhşətli zəlzələdə ölənlərin sayı - 26-ya çatdı, 100-dən çox itkin (Fotolar, Yeniləndi 2)

Tayvanın cənubunda baş verən güclü zəlzələdə ölənlərin sayı 26-ya yüksəlib.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 100-dən çox insan itkin düşmüş sayılır.

Taynan şəhərində 170-dən çox insan isə "Qızıl əjdaha" yaşayış kompleksindəki 17 mərtəbəli binanın dağıntıları altından çıxarılaraq xəstəxanalara yerləşdirilib.

***
06 fevral 21:14

Tayvanda bu gün baş vermiş güclü zəlzələ qurbanlarının sayı 14 nəfərə çatıb, 156 nəfər itkin düşmüş hesab edilir.

AzNews.az APA-ya istinadən xəbər verir ki, Tayvanın Mərkəzi İnformasiya Agentliyinin məlumatına əsasən, təbii fəlakət nəticəsində daha 484 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Tayvan adasının cənubunda 6,7 bal gücündə zəlzələ baş verib.

***
12:14

Tayvanın cənubunda Rixter şkalası ilə 6,4 bal gücündə zəlzələ olub.

AzNews.az xəbər verir ki, zəlzələ nəticəsində ən az 5 nəfərin öldüyü, 377 insanın yaralandığı bildirilir. 200-ə yaxın tayvanlı dağıntılar altından çıxarılıb.

Yerli medianın yazdığına görə, ciddi zərər görən binalardan biri də rezidensdir. 17 mərtəbəli, 60 mənzilli rezidensdə 100-lərlə insanın yaşadığı təxmin edilir. Xilasedicilər binadan 2 nəfərin cəsədini çıxarıb. 127 nəfər isə xilas edilib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi zəlzələnin yerin 10 km dərinliyində baş verdiyini, bu səbəbdən təkanların çox güclü olduğunu bildiriblər. Zəlzələ təxminən 40 saniyə çəkib.