Avropa İttifaqı (Aİ) Rusiyaya, Ukrayna vətəndaşlarına və hüquqi şəxslərə qarşı sanksiyaların müddətini bu gün uzadıb. Avropa İttifaqı (Aİ) Rusiyaya, Ukrayna vətəndaşlarına və hüquqi şəxslərə qarşı sanksiyaların müddətini bu gün uzadıb.

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı (Aİ) Rusiyaya, Ukrayna vətəndaşlarına və hüquqi şəxslərə qarşı sanksiyaların müddətini bu gün uzadıb.


AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, sanksiyalar Ukraynanın ərazi bütövlüyünün pozulmasında məsuliyyət daşıyan 186 şəxsə şamil olunur.

Sanksiyalar sentyabrın 15-dək qüvvədə qalacaq. Ümumi siyahıda 37 nəfər hüquqi şəxs hesab olunur. Sanksiyalara əsasən, siyahıdakı şəxslərin bank hesabları dondurulur, Aİ ərazisinə səfərlər isə qadağan olunur.

Ukraynanın ərazi bütövlüyünün pozulmasında məsuliyyət daşıyan şəxslərə sanksiyaların müddəti artıq ikinci dəfədir uzadılır.

Fərdi sanksiyalardan başqa, Aİ Rusiyaya qarşı iqtisadi sanksiyalar barədə də qərar qəbul edib. Bu növ sanksiyalar isə 2016-cı il iyulun 31-dək qüvvədə olacaq.