ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Barak Obamadan daha güclü lider olduğunu bildirib. ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Barak Obamadan daha güclü lider olduğunu bildirib.

Donald Tramp: “Putin Obamadan güclü liderdir”

ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Barak Obamadan daha güclü lider olduğunu bildirib.


AzNews.az xəbər verir ki, Tramp bu barədə Respublikaçılar partiyasından olan digər opponentləri ilə debatı zamanı qeyd edib: "Əgər biz Putin barədə danışırıqsa, düşünürəm ki, o, Rusiya üçün çox güclü liderdir. Sizə deyim ki, bizim liderimizdən daha güclüdür. Lakin bu o demək deyil ki, mən Putini dəstəkləyirəm".

Donald Tramp əlavə edib ki, bunu müsbət və ya mənfi mənada demir: "Bu, faktdır".

Xatırladaq ki, bir müddət öncə Tramp respublikaçıların debatı zamanı Rusiya ilə münasibətləri düzəltməyin olun üçün xoş olacağını bildirmişdi.

Aydan AXUNDOVA