Avropa İttifaqı İrana qarşı tələb qoydu

Avropa İttifaqı Tehrandan beynəlxalq peyk telekanallarının yayımlanmasına qadağanın götürülməsini tələb edir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun sözlərinə görə, 2009-cu ildən etibarən İran 500 telekanal və 200-dək radiostansiyanın yayımını yasaqlayıb.

K.Eşton qeyd edib ki, ilk növbədə söhbət BBC, Frans 24, Amerikanın səsi və s. peyk vasitəsilə yayımlanan kanallardan gedir. Bu ilin oktyabrın 15-dən bu telekanal və radiostansiyalara qarşı "basqılar" daha da şiddətlənib və İranın müdaxiləsi yaxın ölkələrdə də yayıma təsir edib.

K.Eşton bu hallardan narahatçılığını bildirib və qeyd edib ki, İranın bu hərəkəti BMT nəzdində beynəlxalq telekommunikasiya normalarına ziddir.

Qeyd edək ki, həmin normaları dəstəkləyən ölkələr sırasında İran da var və onun bu cür hərəkətləri başadüşülən deyil.

İnci

AzNews.az