Kimyəvi zavodda güclü partlayış - 42 anbar təhlükədə

Çinin şərqində Tszyansu əyalətində kimyəvi anbarda partlayış baş verib.


AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, yanğın partlayışdan sonra baş verib. Ölən və yaralananlar barədə hələki məlumat yoxdur.

Hadisə şahidlərinin sözlərinə görə, zavodun kimyəvi məhsullar və yanacaq saxlanılan anbarından onlarla metrlik qatı tüstü qalxır.

Hazırda hadisə yerində yanğınsöndürənlər çalışır. Partlayışın səbəbi araşdırılır.


"Tsaytszin" nəşrinin məlumatına görə, yanğını söndürmək üçün ən azı 7 yanğınsöndürən maşın cəlb edilib. Hazırda yanacaqla dolu 2 çəndə yanğının davam etdiyi, 2 çənin isə tamamilə yandığı deyilir.

Məlumata görə, zavodun ərazisində 42 anbar yerləşir. Yanğınsöndürənlərin yanğının mənbəyini tapdıqları və yanğını nəzarətə götürdükləri də verilən məlumatlar arasındadır.

Hadisə yerində həmçinin ətraf mühitin çirklənməsi ilə bağlı monitorinq aparılır.



Aydan AXUNDOVA