- Köhnə - Dünya
- 27 May 2016 22:21
- 2 481
Poroşenko NATO-nun sabiq Baş katibini özünə müşavir təyin etdi
Ukrayna prezidenti Petro Poroşenko NATO-nun sabiq Baş katibi Anders Foq Rasmusseni özünün ştatdankənar müşaviri təyin edib.
Müvafiq fərman mayın 27-də Ukrayna dövlət başçısının rəsmi saytında yerləşdirilib.
"Anders Foq Rasmussen Ukrayna prezidentinin ştatdankənar müşaviri təyin edilsin", - fərmanda deyilir.
Qeyd edək ki, Anders Foq Rasmussen 2009-2014-cü illərdə Şimali Atlantika Alyansı Baş katibi, 2001-2009-cu illərdə isə Danimarla hökümətinə rəhbərlik edib.
Oxu.Az