Fransanın Nitsa şəhərində dəhşətli terror aktı törədilib. Fransanın Nitsa şəhərində dəhşətli terror aktı törədilib.

Fransada dəhşətli terror: 84 ölü, 100 yaralı - Fotolar + Video (Yenilənib)

Fransanın Nitsa şəhərində dəhşətli terror aktı törədilib.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə insanların bayram münasibəti ilə təşkil edilən atəşfəşanlığı izlədiyi zaman baş verib.

Belə ki, yük maşınının sürücüsü maşını bayram qeyd edən əhalinin üzərinə sürüb.
Bundan sonra sürücü insanlara atəş açıb. Son məlumatlara görə, hadisə nəticəsində 80-dən çox insan ölüb, 100-dən çox insan yaralanıb. Ölənlərin arasında uşaqların da olduğu bildirilir. Ölən və yaralananlar arasında çox sayda əcnəbilər də var.

Qeyd edək ki, ötən gün Nitsada "Bastiliya qalasının alınması" bayramı qeyd olunub.

09:45
***


Nitsada baş verən terror aktı nəticəsində ölənlərin sayı artıb.

AzNews.az "Le Figaro"ya istinadən xəbər verir ki, terror qurbanlarının sayı 84 nəfərə yüksəlib. Daha 18 nəfərin vəziyyətinin kritik olduğu bildirilir.

Təxminən 50 nəfər isə yüngül xəsarətlər alıb. Bundan əlavə, təxminən 120 nəfərin şok vəziyyətində olduğu bildirilir. Hazırda onlarla psixoloqlar çalışır.







Aydan AXUNDOVA




image description image description image description