Fransanın Lion şəhərindəki məscid vandalizmin hücumuna məruz qalıb. Fransanın Lion şəhərindəki məscid vandalizmin hücumuna məruz qalıb.

Məscid divarında müsəlmanların ünvanına təhdid - Fransada

Fransanın Lion şəhərindəki məscid vandalizmin hücumuna məruz qalıb.


Sitayiş ocağının divarlarında göy və qırmızı rənglə təhqiredici rəsmlər çəkilib, Fransanı yubanmadan tərk etməyə və şəhərdəki müsəlman icmasının üzvlərinin öldürülməsinə çağırış edilib.

İyulun 20-də bənzər yazılara Lionun 10 kilometrliyindəki Bron kommunasındakı məsciddə də rast gəlinib. Hər iki halda yazıların arxasında "katolik qoşunu"nun dayanıb. Fakt üzrə prokurorluqda araşdırma başlanılıb.

Bu isalamafobiyanın Nitsedəki terrorla bağlı olduğu bildirilir. Iyulun 14-də axşam Bastiliyanın alınması günü atəşfəşanlıq zamanı Tunisdən olan Məhəmməd Bulel yük maşını ilə şəhər kənarındakı kütlənin üzərinə gedib. Nəticədə 84 nəfər həlak olub.

Modern.az