- Köhnə - Dünya
- 24 İyul 2016 22:43
- 4 681
Dəməşq atəşə tutuldu - 8 ölü, 20 yaralı
Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən restoran minaatanlardan atəşə tutulub.
Hadisə nəticəsində biri uşaq olmaqla azı 8 nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb.
Agentliyin məlumatına görə, paytaxtın hökumət qüvvələrinin nəzarəti altında olan yaşayış məntəqələrindən birini atəşə tutan şəxslərin kimliyi məlum deyil.
Hadisəyə görə heç bir radikal qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Report.az