Türkiyədə Yüksək Hərbi Şuranın iclası başlayıb. Türkiyədə Yüksək Hərbi Şuranın iclası başlayıb.

Türkiyənin Yüksək Hərbi Şurası toplandı - Gizli iclas keçirilir

Türkiyədə Yüksək Hərbi Şuranın iclası başlayıb.


AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iclas Türkiyə Baş naziri Binəli Yıldırımın sədrliyi ilə Çankaya Köşkündə keçirilir. Beləliklə, daha öncə Baş Qərargahın əsas binasındakı "Çakmak salon"da keçirilən "çox gizli" xarakterli toplantı ilk dəfə qərargahdan kənara çıxıb.

Baş nazir Binali Yıldırımın ilk dəfə sədrlik edəcəyi toplantıda Fikri İşık da milli müdafiə naziri kimi ilk dəfə yer alıb. İclasın gündəliyində başlıca mövzu Fətullahçı terror qruplaşmasının (FETÖ) hərbi çevriliş cəhdi olacaq. Eyni zamanda toplantıda FETÖ-nün Türkiyə Silahlı Qüvvələrində quruculuq işləri də müzakirə ediləcək.

Əvvəlki illərdə 3 gün davam edən şura işləri Baş nazirin açıqlamasına əsasən bir gündə tamamlanacaq. Şura daxilində alınan qərarlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq.



Aydan AXUNDOVA