Solçu və xristian partiya üzvləri səsverməni boykot ediblər Solçu və xristian partiya üzvləri səsverməni boykot ediblər

Yeni konstitusiya qəbul edildi

Solçu və xristian partiya üzvləri səsverməni boykot ediblər



Misirdə ölkənin yeni konstitusiyası qəbul olunub. Ötən gün konstitusiyanın təsis edilməsi məqsədilə yaradılmış komissiyasının assambleyasında keçirilən səsvermədə komissiya üzvləri ölkə qanunvericiliyinin İslam qanunları əsasında tədbiq olunmasına səs veriblər.

Anspress.com xəbər verir ki, komissiya üzvləri konstitusiyanın 234 maddəsindən təxminən 5-dən 1-ni qəbul edib. Yeni konstitusiyaya əsasən, ölkə prezidenti maksimum iki dəfə olmaqla, hər iki mərhələdə 4 illik müddətə ölkəyə rəhbərlik edə bilər. Səsvermə zamanı konstitusiya layihəsinə qarşı çıxanlar da olub. Belə ki, solçu və xristian partiya üzvləri səsverməni boykot ediblər.

Ölkə prezidenti Məhəmməd Mursinin öz səlahiyyətlərini genişləndirməsi ilə bağlı qəbul etdiyi qanun layihəsinə qarşı etirazlar isə davam edir. Ötən gün Misir Ali Məhkəməsi prezidentin bu qərarına etiraz olaraq tətil elan edib. Paytaxt Qahirənin mərkəzi meydanlarını tərk etməyən əhali isə müxtəlif hakimiyyət orqanlarının Mursiyə bu cür etiraz etməsini mənasız sayır.

"Biz hər bir halda Mursinin qərarlarının legitim və konstitusiyaya uyğun olmadığını bilirik. Bununla belə, bəzi hökumət dairələrinin qərarlara tətil etməklə etiraz etməsi kifayət etmir. Həqiqi demokratiya uğrunda daha nələrsə etmək lazımdır. Misir xalqı inqlabı bunun üçün edib. Xalq demokrartiyanın reallığını hiss etmək istəyir. Biz öz etirazlarımızı davam etdirəcəyik. İnqilab zamanı canından keçən şəhidlərin nahaq yerə ölmədiklərini sübut edəcəyik", - deyə etirazçılardan biri fikrini ifadə edib.

Qeyd edək ki, konstitusiya layihəsi tam şəkildə qəbul edildikdən sonra onun xalq tərəfindən də öz təsdiqini tapması üçün referendum keçiriləcək. Sabah isə Müsəlman Qardaşları və digər islamçı partiyaların iştirakı ilə irimiqyaslı nümayişlərin keçirilməsi planlaşdırılır.

AzNews.az