SOS! Milyonerlər təhlükədədir

Gələn il milyonerlərin sayı gözəçarpacaq dərəcədə azala bilər. Ekspertlərin fikrincə, ABŞ-da 2013-cü ildə milyonerlərin sayı 315 minədək azalacaq.
Bunu büdcə xərclərinin azaldılması və vergilərin qaldırılması ilə izah edirlər.

Qeyd edək ki, 2008-ci ildə baş verən böhranı ABŞ milyonerləri asanlıqla atlatmışlar və o zaman bu təbəqədən olan insanların sayı 29 faiz artaraq 1,1 milyon nəfərə çatmışdı.

Analitiklər hesab edir ki, indi ölkədə hadisələr iki ssenari əsasında cərəyan edə bilər. Optimistik proqnozlara görə, milyonerlərin sayı 440 min artacaq və onların kapitalı da yarım trilyon dollaradək çoxalacaq. Pessimistik proqnozlara görə isə varlıların sayı 6 faiz azalacaq və onlar 240 milyard dollar itirəcəklər.

İnci
AzNews.az