Qanada ABŞ-ın adından 10 il qeyri-leqal səfirlik fəaliyyət göstərib. Qanada ABŞ-ın adından 10 il qeyri-leqal səfirlik fəaliyyət göstərib.

ABŞ səfirliyi adından-Saxta vizalar

Qanada ABŞ-ın adından 10 il qeyri-leqal səfirlik fəaliyyət göstərib.


AzNews.az The Washington Post-a istinadən xəbər verir ki, Qanada cinayətkarlar 10 il ərzində ABŞ səfirliyi adı altında qanunsuz olaraq vətəndaşlara viza təklif edib.

"Səfirlik" paytaxt Akkrada təmirsiz binaların birində fəaliyyət göstərib. Vətəndaşlar binanın daxilində Barak Obanın şəklinin asıldığını bildiriblər.

Nəşrin qeyd etdiyi kimi, səfirlikdə çalışan şəxslər ABŞ vətəndaşı deyillər. Yalnız yaxşı ingilis dili qabiliyyətinə malik olan bu dələduzlar vətəndaşlara 6 min dollar qarşılığında saxta vizalar veriblər.

Həmin ölkədə ABŞ səfirliyi var. Səfirliyin real binası paytaxtın mərkəzində, ən zəngin rayonlardan birində yerləşir və yüksək hasarlarla əhatələnib,