Bu gün Moskvada Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovla vida mərasimi keçirilir. Bu gün Moskvada Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovla vida mərasimi keçirilir.

Mosvka Karlovla vidalaşır

Bu gün Moskvada Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovla vida mərasimi keçirilir.


AzNews.az "НТВ" telekanalına istinadən xəbər verir ki, Andrey Karlovla vida mərasimində Rusiya prezidenti Vladimr Putinin iştirakı gözlənilir. Bundan başqa, dəfn mərasimində Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, diplomatlar da iştirak edir.
Dəfn mərasimini Moskva patriarxı Kiril aparır.

Kermlin mətbuat xidmətinin rəhbəri Andrey Peskov bəyan edib ki, Karlovun ölümü Rusiya hakimiyyəti üçün çox ağır xəbər olub.

Rusiyalı səfir Andrey Karlov Ankarada keçirilən sərgi zamanı Mövlut Mert Altıntaş tərəfindən kürək nahiyəsinə bir neçə dəfə atəş açıldıqdan sonra dünyasını dəyişib.

Qətlə görə məsuliyyəti Suriyada fəaliyyət göstərən "Cəbhat ən-Nusra" terror təşkilatının koalisiyası olan "Ceyş əl-Fəth" qruplaşması öz üzərinə götürüb.