Günəş batareyalı xüsusi panellərlə təchiz edilmiş yol Fransada istifadəyə verilib. Günəş batareyalı xüsusi panellərlə təchiz edilmiş yol Fransada istifadəyə verilib.

Dünyada ilk dəfə günəş batareyalı yol istifadəyə verildi

Günəş batareyalı xüsusi panellərlə təchiz edilmiş yol Fransada istifadəyə verilib.


AzNews.az Tass-a istinadən xəbər verir ki, açılış mərasimində Fransanın ekologiya və energetika naziri xanım Seqolen Ruayal iştirak edib.

Dövlətə 5 milyon avroya başa gələn yolun yalnız 1 kilometri istifadəyə verilib. Yola quraşdırılan günəş batareyalı panellər tünd rəngli sərt rezin bloklara bənzəyir.

Normandiya əyalətində, Turuvr şəhərində istifadəyə verilən yolun sayəsində 5 min sakin işıqla təmin olunacaq.

Plana əsasən, 2017-ci il ərazində Fransada min kilometrə yaxın yol günəş batareyalı panellərdə təchiz ediləcək.