İstanbulda gecə klubuna silahlı hücum olub. İstanbulda gecə klubuna silahlı hücum olub.

İstanbulda terror - 39 ölü, 69 yaralı + Video

İstanbulda gecə klubuna silahlı hücum olub.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror hadisəsi gecə klubunda baş verib. Belə ki, şaxta baba qiyafəsi geyinən terrorçu qapının yanında dayanan polisə və bir siravi vətəndaşa tüfənglə atəş açdıqdan sonra içəri daxil olaraq Yeni ili qeyd edən insanlara atəş açmağa başlayıb. Hadisə nəticəsində 39 nəfər həlak olub, 69 nəfər isə yaralanıb. Hadisə şahidləri terroristlərin ərəbcə qışqırdıqlarını deyirlər. İnsident zamanı klubda 700-800 nəfər insan olub. Hadisə yerinə çoxlu sayda polis əməkdaşları və təcili yardım maşınları cəlb olunub. Hadisəni törədən terrorçu qaçmağı bacarıb. Polis hazırda təhkükəsizlik kameraları vasitəsilə hadisəni törədəni tapmaq üçün tədbir görür. Yaralılar xəstəxanalara çatdırılıb. Daxili İşlər Naziri Süleyman Soylu bildirib ki, ölənlər arasında 15-16 nəfər xarici ölkə vətəndaşı, 5 nəfər Türkiyə vətəndaşıdır, digərlərinin isə kimliyi araşdırılır. 69 nəfər xəstəxanada müalicə olunur. Onlarda 4-nün vəziyyəti çox ağır, 1-nin vəziyyəti isə kritikdir.

image description image description image description