Sosial şəbəkə İtaliyanın Bolonya şəhərinin simvolu 16-cı əsrə aid Neptunun heykəlini həddindən artıq açıq-saçıq hesab etdiyinə görə şəklinə senzura qoyub. Sosial şəbəkə İtaliyanın Bolonya şəhərinin simvolu 16-cı əsrə aid Neptunun heykəlini həddindən artıq açıq-saçıq hesab etdiyinə görə şəklinə senzura qoyub.

Facebook 16-cı əsrə aid heykələ senzura qoydu - çox açıq-saçıqdı - Foto

Sosial şəbəkə İtaliyanın Bolonya şəhərinin simvolu 16-cı əsrə aid Neptunun heykəlini həddindən artıq açıq-saçıq hesab etdiyinə görə şəklinə senzura qoyub.

AzNews.az The Guardian nəşrinə istinadən xəbər verir ki, tunc heykəl 1560-cı ildə heykəltaraş Cambolonya tərəfindən IV Piyin sifarişi əsasında hazırlanıb.

Artıq 4 əsrdir ki, bu gözəl incəsənət nümunəsi Bolonya şəhərinin mərkəzində fəvvarəni bəzəyir.

Heykəlin fotosu sənətşünas Eliza Barbari tərəfindən paylaşılsa da, sosial şəbəkə bu fotonu bloklayıb.Yalnız sosial şəbəkə istifadəçilərinin narazılığından sonra Facebook üzr istəyərək şəkli bərpa edib. Bundan sonra Eliza “Neptuna hə, senzuraya yox” imzası ilə fotonu təkrar paylaşıb.