Çində işləyən britaniyalı Çes Poup YouTube-da bir anda Pekini bürüyən qatı dumanın videosunu paylaşıb. Çində işləyən britaniyalı Çes Poup YouTube-da bir anda Pekini bürüyən qatı dumanın videosunu paylaşıb.

Çində Apokalipsis - şəhər bir anda qatı dumana büründü - Video

Çində işləyən britaniyalı Çes Poup YouTube-da bir anda Pekini bürüyən qatı dumanın videosunu paylaşıb.

AzNews.az xəbər verir ki, videonun sürətləndirilmiş versiyasından görmək olur ki, Çinin paytaxt küçələri bir anda qatı dumandan gözəgörünməz olur.

Yanvarın 3-dən Çində çirkləndirilmiş havaya görə “qırmızı”, yəni həyəcanın ən yüksək səviyyəsi elan olunub. Sinxua agentliyinin yaydığı məlumata görə, bu səbəbdən təyyarə reysləri də təxirə salınıb, avtomagistrallarda tıxac yaranıb, şəxsi avtomobillərdən istifadə məhdudlaşdırılıb.