Roma papası Fransisk zirehli avtomobilə əyləşməkdən imtina edib. Roma papası Fransisk zirehli avtomobilə əyləşməkdən imtina edib.

Papa zirehli maşından imtina etdi - Təhlükədən qorxmur

Roma papası Fransisk zirehli avtomobilə əyləşməkdən imtina edib.

AzNews.az Reuters-ə istinadən xəbər verir ki, Papa onu gözləyən təhlükədən xəbərdar olsa da, zirehli avtomobildən imtina edib.

Onun bütün sələfləri gülləkeçirməyən papamobildən və ya limuzindən istifadə edib. Halbuki, Papa öz xarici səfərlərində adi avtomobildən istifadə edir.

“Ola bilər ki, mən məsuliyyətsizəm, riskləri nəzərə almıram. Özümə görə qətiyyən qorxmuram. Amma deməliyəm ki, mənimlə səfər edən insanlara görə narahat oluram.”, - italyan jurnalist və Vatikan üzrə mütəxəssis Andrea Torniellinin “Səfərlər” kitabında Papanın bu sözləri qeyd olunub.

Kitabda Papanın 2013-cü ildən bu günə qədər etdiyi səfərlər qeyd olunub. Yeni ildə Papanın Portuqaliyaya, Hindistana və Banqladeşə səfərləri gözlənilir.