Polşanın sabiq prezidenti Leh Valensanın oğlu evində ölü tapıldıb. Polşanın sabiq prezidenti Leh Valensanın oğlu evində ölü tapıldıb.

Sabiq prezidentin oğlunun meyiti tapıldı

Polşanın sabiq prezidenti Leh Valensanın oğlu evində ölü tapıldıb.

AzNews.az RMF radiostansiyasına istinadən xəbər verir ki, 43 yaşlı Pşemıslavın meyitini oğlu aşkarlayıb. Onun bədənində heç bir xəsarət qeydə alınmayıb. Mütəxəssislər ilkin ehtimal kimi, sabiq prezident oğlunun öldürülməsini istisna ediblər.

Hazırda hadisə yerində prokuror və polis çalışır. Ailənin yaxın üzvləri sorğu-sual olunur.

Polşanın sabiq prezidenti Leha Valensa və xanımı Danutanın 8 övladı var. Onlardan 4-ü oğlan, 4-ü isə qızdır.

Pşemıslav Valensa içkili vəziyyətdə maşın sürdüyü üçün dəfələrlə yol qəzası törədib. 1995-ci ildə 1 il 9 ay, 2003-cü ildə 1 il şərti cəzaya məhkum olunub.

Aydan AXUNDOVA