Yapon tədqiqatçılar insan embrionunun gövdə hüceyrələrindən nazik bağırsaq yaratmağa nail olublar. Yapon tədqiqatçılar insan embrionunun gövdə hüceyrələrindən nazik bağırsaq yaratmağa nail olublar.

Tibbdə ilkə imza atdılar - Nazik bağırsaq yaratdılar

Yapon tədqiqatçılar insan embrionunun gövdə hüceyrələrindən nazik bağırsaq yaratmağa nail olublar.

Azərtac xəbər verir ki, bu uğura Yaponiya Milli Uşaq Sağlamlığı və İnkişafı Mərkəzinin direktoru Hidenori Akutsunun rəhbərlik etdiyi tədqiqatçılar qrupu imza atıb.

Alimlər üç növ xüsusi zülalı insan embrionunun gövdə hüceyrələrinə əlavə ediblər. Onların bildirdiyinə görə, bundan sonra 1-2 ay müddətində təqribən bir santimetr uzunluğunda nazik bağırsaq əmələ gəlib.

Tədqiqatçılar qeyd ediblər ki, bu nəticə gələcəkdə nazik bağırsağın ağır xəstəlikləri zamanı yeni müalicə üsullarının tətbiqinə imkan yaradacaq.

AzNews.az