ABŞ polisi Florida ştatındakı xəstəxanaların birində yenicə doğulan körpənin oğurlanmasını 18 ildən sonra müəyyən edib. ABŞ polisi Florida ştatındakı xəstəxanaların birində yenicə doğulan körpənin oğurlanmasını 18 ildən sonra müəyyən edib.

18 il əvvəl oğurlanan qız tapıldı - Ömürlük həbs edilə bilər

ABŞ polisi Florida ştatındakı xəstəxanaların birində yenicə doğulan körpənin oğurlanmasını 18 ildən sonra müəyyən edib.

Virtualaz.org saytı yerli mənbələrə istinadən xəbər verir ki, bu illər ərzində Kamiya Mobli onu oğurlayan qadını dogma anası hesab edib, onun ailəsi ilə bir yerdə yaşayıb.

K.Moblinin şəxsiyyətini DNT testi də təsdiq edib. İllər sonra sözügedən cinayətin üstünün açılmasına adının çəkilməsini istəməyən mənbənin vasitəçiliyi səbəb olub.

18 yaşlı qızın bioloji qohumları itmiş Kamiyanın Cənubi Karolinada tapılmasından xəbərdar olsalar da, hələ onunla görüşməyiblər, ünsiyyətdə olmayıblar. Polisin sözlərinə görə, qız özü isə vəziyyəti necə gözləmək mümkündürsə, o cür də qəbul edir.

51 yaşlı Qloriya Uilyams 1998-ci ildə tibb bacısı geyimində xəstəxanaya daxil olub və təzə doğulmuş körpə qızcağazı oğurlayıb. Onun barəsində adam oğurluğu ilə bağlı ittiham irəli sürülüb, yaxın günlərdə Floridaya ekstradisiya olunacağı gözlənilir. İttiham təsdiqini taparsa, qadın ömürlük azadlıqdan məhrum edilə bilər.

Balaca Moblinin oğurlanmasının səbəbi isə bu günə kimi müəmma olaraq qalır. Çünki onu oğurlayan Uilyamsın özünün bioloji uşaqları var.

Yerli mətbuatın yazdığına görə, Q.Uilyams əvvəllər dələduzluğa görə həbsxana həyatı yaşayıb. Q.Uilyamsın qonşuları isə onun cinayətkar olduğuna inanmırlar. Qonşular bu günə qədər ondan şübhələnmədiklərini, öz uşaqlarına yaxşı tərbiyə verən qadın kimi tanıdıqlarını deyiblər.

Mobli özü isə sosial şəbəkələrdə onu böyüdən qadının cinayətkar olmadığını deyib. Məhkəmə prosesi zamanı belə Q.Uilyamsa “ana” deyərək müraciət edib.

AzNews.az