- Köhnə - Dünya
- 18 Yanvar 2017 20:53
- 5 440
Tramp indidən 2020-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşır - Sloqan da seçib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump hələ rəsmi olaraq öz vəzifəsinin icrasına başlamayıb, amma növbəti prezident seçkisinə hazırlaşır.
AzNews.az The Washington Post -a istinadən xəbər verir ki, 2020-ci ildə keçiriləcək prezident seçkilərinə qatılacağını bildirən Tramp seçki kampaniyası üçün yeni sloqan da seçib - “Keep America Great!” ("Amerikanı böyük saxlayaq")
Tramp yeni sloqanı patentləşdirmək üçün vəkilinə göstəriş də verib.
2016-cı ildə keçirilən seçki kampaniyası üçün Make America Great Again ( Amerikanı yenidən böyük edəcəyik) sloqanını seçmişdi. Bu sloqanı isə hələ 2012-ci ildə Mit Romninin seçkilərdə məğlub olmasından sonra adına patentləşdirmişdi.