Donald Trampın həyat yoldaşı, ABŞ-ın birinci xanımı Melani Tramp 2 şəhər arasında qalıb. Donald Trampın həyat yoldaşı, ABŞ-ın birinci xanımı Melani Tramp 2 şəhər arasında qalıb.

Melani Tramp seçim etməlidir - hansı şəhərdə yaşayacaq?

Donald Trampın həyat yoldaşı, ABŞ-ın birinci xanımı Melani Tramp 2 şəhər arasında qalıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Melani bir neçə həftəlik Nyu-Yorka qayıdıb. O, 10 yaşlı oğlu Berrona, onun təhsilinə görə bu qərarı verib.

Dekabrda Nyu-Yorkun meri Bill de Blazio ABŞ-ın federal hakimiyyətinə yeni prezidentin təhlükəsizliyinin təmin edilməsi üçün 35 milyon dollar ayırmağı tələb etmişdi. Bu pullar Nyu-York polisinin əlavə ehtiyaclarını təmin etməlidir.

Daha əvvəl Nyu-Yorkun 100 min sakini imza toplama aksiyası vasitəsilə Tramp ailəsinin Nyu-Yorku tərk edərək Vaşinqtona köçməsini tələb etmişdi.