“2016-cı ildə prezident ola bilərəm“

AzNews.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Klinton jurnalistlər üçün verdiyi açıqlamada, daha seçkilərdə iştirak etmə həvəsinin qalmamasına baxmayaraq, o Amerikanın gələcəyi üçün prezident olmağa hazır olduğunu bildirib.




"Həm mən, həm də prezident Barak Obama Amerikanın gələcəyi üçün çox narahatıq və əgər ehtiyac olarsa mən özüm 2016-cı il prezident seçkilərində iştirak etməyə hazıram",-deyə Klinton bildirib.

Klintonun prezident olma həvəsinin Obamaya necə təsir edib-etmədiyi barədə suala isə Obama "Mən hələ bir neçə gündür ki, prezident seçilmişəm, siz isə 4 il sonrakı gündən danışırsınız. Bu düzgün deyil" cavabını verib.

Aynur Hüseynova
AzNews.az