Türkiyənin 40-a yaxın hərbçisi Almaniyadan siyasi sığınacaq almaq üçün müraciət edib. Türkiyənin 40-a yaxın hərbçisi Almaniyadan siyasi sığınacaq almaq üçün müraciət edib.

40-a yaxın hərbçi Almaniyadan siyasi sığınacaq istədi

Türkiyənin 40-a yaxın hərbçisi Almaniyadan siyasi sığınacaq almaq üçün müraciət edib.

"Report" TASS-a istinadən xəbər verir ki, onlar yüksək rütbəli zabitlərdir və NATO-nun Almaniya ərazisindəki bazalarında xidmət edirlər.

Federal Miqrasiya və Qaçqınlarla iş üzrə İdarə və Almaniya Daxili İşlər Nazirliyindən onların vəsatətinə adi qaydada baxılacağı bildirilib.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkelin fevralın 2-də Türkiyəyə rəsmi səfər edəcəyi gözlənilir.

AzNews.az