- Köhnə - Dünya
- 28 Yanvar 2017 18:28
- 4 073
Bu ölkənin vətəndaşlarına Nyu-Yorka uçmaq qadağan edildi - Trampın fərmanına əsasən

Qahirə aeroportunda İraqın 5, Yəmənin isə 1 vətəndaşına ABŞ təyyarəsinə minmək qadağan edilib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" aeroportdakı mənbələrə istinadən xəbər verib.
Bildirilir ki, bu qərar Trampın dünyanın 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişə qadağa qoyulması haqqında fərmanına əsasən qəbul edilib.
Məlumata görə, sərnişinlər Qahirədə yerdəyişmə zamanı dayandırılıb. Sərnişinlərin uçuş üçün vizalarının olmasına baxmayaraq, onlar öz ölkələrinə reyslərə yönləndiriliblər.
AzNews.az