İnstagramda yeni funksiya - Video

İnstagram sosial şəbəkəsində yeni funksiya istifadəyə verilib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra İnstagramda eyni anda 10 şəkil və video paylaşmaq mümkün olacaq.

Yeni postu paylaşmaq üçün xüsusi işarəyə basmaq lazımdı. Bundan sonra 10 paylaşmaq istədiyiniz görüntünü seçə biləcəksiniz.

Hər bir görüntünü ayrılıqda, ya da bütün seçilənləri ümumilikdə redaktə etmək olar.