Rəsmi Tbilisi Avropa İttifaqının Gürcüstan ərazisində digər ölkələrdən olan qaçqınlar üçün mərkəzlər açması məsələsini nəzərdən keçirmir. Rəsmi Tbilisi Avropa İttifaqının Gürcüstan ərazisində digər ölkələrdən olan qaçqınlar üçün mərkəzlər açması məsələsini nəzərdən keçirmir.

Gürcüstan qapılarını qaçqınlar üçün açmaq niyyətində deyil- Rəsmi açıqlama

Rəsmi Tbilisi Avropa İttifaqının Gürcüstan ərazisində digər ölkələrdən olan qaçqınlar üçün mərkəzlər açması məsələsini nəzərdən keçirmir.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Gürcüstanda bu məsələlər gündəlikdə dayanmır. Qarşımızda dayanan problemlərə görə bu layihənin reallaşmasını təsəvvür etmək mümkün deyil”, -deyə nazirliyin açıqlamasında bildirilir.

Ötən gün Avstriyanın xarici işlər naziri Sebastyan Kurts qaçqınların qəbulu üzrə mərkəzlərin Avropa İttifaqı ərazisindən kənarda “Misir, Gürcüstan və ya Qərbi Balkan ölkələrindən birində” açılmasının daha münasib olduğunu bildirib.

Gürcüstanın Avtriyadakı səfiri Konstantin Zaldastanişvili rəsmi Tbilisinin Vyananın qaçqınlarla bağlı mərkəzlərin açılmasına dair təşəbbüsünün nə məna verdiyini anlamaq istədiyini bəyan edib.