- Köhnə - Dünya
- 24 Mart 2017 18:01
- 2 507
60 nəfərin yaşadığı şəhər satışa çıxarıldı
ABŞ-ın Pensilvaniya ştatında yerləşən, cəmi 19 ev və məktəb binasından ibarət Redakşn şəhərini vur-tut 1,5 milyon dollara almaq olar.
Virtualaz.org xəbər verir ki, 60 nəfərin yaşadığı bu şəhər satışa çıxarılıb. Redakşn 1936-cı ildə tullantı emalı zavodunun işçilərinin yaşaması məqsədilə salınıb. Əvvəllər burada 400-dək adam yaşayıb.
Lakin müsəssisə işini dayandırdıqdan sonra adamlar buradan köçməyə başlayıb.
AzNews.az