Hamı metrodakı bu oturacaqdan danışır: heç kəs oturmur - Video + Foto

Meksikada qadınlara qarşı təcavüzlərə diqqət çəkmək məqsədilə metroya "penis"li kreslo qoyulub.

AzNews.az RePost.Az-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı ( BMT) və Mekcico bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində atılan bu addım insanlar tərəfindən müzakirələrə səbəb olub.

Cəmiyyəti maarifləndirmək və kişilərin empatiya qurmalarını təmin etmək məqsədi ilə çəkilən filmdə penisli kreslonun üzərinə oturan sərnişinlər müxtəlif reaksiyalar göstəriblər.

Qeyd edək ki, İngiltərənin "YouGov” şirkətinin aparadığı araşdırmaya görə, Meksikanın paytaxtı Mexico qadınların təcavüzlərə ən çox məruz qaldığı şəhərdir. Araşdırmada bildirilir ki, hər 10 qadından 9-u gündəlik səfərlərində sözlə və ya fiziki təcavüzə uğrayır.