“Peterburq metrosundakı hadisə terrorla bağlı vəziyyətin yaxşılaşmadığını göstərir.” “Peterburq metrosundakı hadisə terrorla bağlı vəziyyətin yaxşılaşmadığını göstərir.”

“MDB ölkələri terrorçuların hədəfindədir”- Vladimr Putin

“Peterburq metrosundakı hadisə terrorla bağlı vəziyyətin yaxşılaşmadığını göstərir.”

AzNews.az xəbər verir ki, bu sözləri MDB ölkələrinin nümayəndələri görüşündə Rusiya prezidenti Vladimir Putin bəyan edib. Onun sözlərinə görə, MDB ölkələri terrorçuların hədəfindədir:

Təəssüf ki, biz vəziyyətin yaxşı olmadığını görürük. Bunun ən böyük sübutu Peterburq metrosundakı terrordur. Terror hücumu nəticəsində bir çox insan öldü, yaralılarımız var. Biz bilirik ki, ölkələrin hamısı terror hücumlarının potensial hədəfidir. Bizim ölkəmiz üçün başqa təhlükələr də var.

3 aprel tarixində Rusiyanın şimal paytaxtı Sankt-Peterburq metrosunda bomba partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak oldu, 50 nəfər yaralandı. Aparılan araşdırmalardan sonra terrorçu-kamikadzenin qırğız əsilli Rusiya vətəndaşı Akbarjon Cəlilov olduğu müəyyən edilib.