- Köhnə - Dünya
- 13 Aprel 2017 20:42
- 4 293
Rusiyanın “Birinci kanal”ı “Eurovision-2017”ni yayımlamayacaq - Qərar

Rusiyanın “Birinci kanal”ı bu il Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision 2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib.
AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, bu barədə telekanalın mətbuat xidməti məlumat yayıb.
Buna səbəb Ukrayna tərəfinin Rusiya təmsilçisi Yuliya Samoylovanın ölkəyə girişinə qadağa qoymasıdır.
“ “Birinci kanal” Ukraynanın bu qərarını əsassız sayır” - məlumatda deyilir.
Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə 3 illik qadağa qoyub. Müğənni Rusiyanı “Eurovision-2017”–də "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.