Haitinin paytaxtı Porto-Prinsdə “Yer üzündə cəhənnəm” adlandırılan həbsxana yerləşir. Haitinin paytaxtı Porto-Prinsdə “Yer üzündə cəhənnəm” adlandırılan həbsxana yerləşir.

“Yer üzündə cəhənnəm”dən - Fotolar

Haitinin paytaxtı Porto-Prinsdə “Yer üzündə cəhənnəm” adlandırılan həbsxana yerləşir.

AzNews.az xəbər verir ki, 2010-cu ildə 12 yanvar tarixində bütün dünyanı bəd və qorxunc xəbər bürüyür. Haitidə baş verən zəlzələ bütün dünyanı silkələyir.

Zəlzələnin gücü rixter şkalasına görə 7 bal olaraq ölçülür. Əsas təkanlardan sonra 5-6 gücündə olan afterşoklar ümumi vəziyyəti daha da gərginləşdirir və qurbanların sayını 222570 nəfərə çatdırır.

Haitinin paytaxtı Porto-Prinsdə minlərlə yaşayış evi, ölkənin idarəedici, maliyyə və mədəniyyət orqanlarının binaları, eləcə də həbsxanalar tamamilə yerlə yeksan olur. Sağ qalan məhbuslar isə digər yerlərə köçürülür.

Haitidə yerləşən və “Yer üzündə cəhənnəm” adlandırılan həbsxanada 4359 məhbus var. Zəlzələdən sonra sağ qalan məhbusların da buraya köçürülməsi sıxlıq yaradır. Həbsxana rəhbərliyi onları qidalanma, eləcə də tibbi yardımla təmin edə bilmədiyi üçün burada ölüm adi hala çevrilib.