- Köhnə - Dünya
- 22 Aprel 2017 00:00
- 3 059
Merilin Monronun villası satılır - 7 milyona (Foto)

Məhz bu evdə əfsanəvi aktrisanın meyiti tapılıb.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 1962-ci ildə Merilin Monronun 36 yaşında vəfat etdiyi malikanəsi satışa çıxarılıb. Sahəsi 240 kvadrat metr olan ev Brentvudda yerləşir.
1929-cu ildə tikilən evdə Merilin cəmi bir neçə ay yaşayıb. Malikanədə 4 yataq otağı, 3 hamam otağı var. Merilin son müsahibələrindən birini elə bu evdə verib.