Ermənistanın Gümrü şəhərində qətlə yetirilən Rusiya hərbçisininin qatili müəyyənləşib. Ermənistanın Gümrü şəhərində qətlə yetirilən Rusiya hərbçisininin qatili müəyyənləşib.

Rusiya hərbçisi Ermənistanda öldürüldü - Yenilənib 2 (Video + Fotolar)

Ermənistanın Gümrü şəhərində qətlə yetirilən Rusiya hərbçisininin qatili müəyyənləşib.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumata görə qətli törədən şəxs mart ayında ordudan təxris olunub. 20 yaşı olan həmin şəxsin psixi problemləri olduğu deyilir.

***

20:00

Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının əsgərinin öldürülməsi ilə bağlı cinayət işi açılıb.

AzNews.az xəbər verir ki, məlumata görə qətlə yetirilən əsgər Dmitri Yalpayevdir.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

19:50

Rusiyanın Ermənistandakı bazasının hərbçisi Gümrü şəhərində qətlə yetirilib.

AzNews.az News.am-a istinadən xəbər verir ki, Rusiyanın 102-ci hərbi bazasının 21 yaşlı əsgərinin meyitinin üzərində kəsilmiş-deşilmiş xəsarətlərin olduğu müəyyənləşdirilib.