“Azərbaycanın ABŞ-ın ayırdığı maliyyə yardımına ehtiyacı yoxdur.” “Azərbaycanın ABŞ-ın ayırdığı maliyyə yardımına ehtiyacı yoxdur.”

"ABŞ dövlətləri öz təsir dairəsində saxlamağa can atır"- Qabil Hüseynli

“Azərbaycanın ABŞ-ın ayırdığı maliyyə yardımına ehtiyacı yoxdur.”

Bunu AzNews.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ-ın 2018-ci il dövlət büdcəsi planında Azərbaycana olunan maliyyə yardımının azaldılmasını şərh edərkən deyib. O, hazırda Azərbaycanda qaçqınlar və məcburi köçkünlərin problemlərinin olduğunu vurğulayıb:

Belə problemlərin olduğu bir vaxtda Azərbaycana hər hansı maliyyə yardımının edilməsinin əhəmiyyəti var. Amma biz artıq bir neçə ildir ki, buna öyrəşmişik. ABŞ təcavüzkar dövlətə maliyyə yardımı ayırır, amma təcavüzə məruz qalan və bu qədər qaçqın problemi olan Azərbaycana maliyyə yardımı ayırmır. Buna nə ad qoyaq? Ancaq ayrıseçkilik, xristian təəsübkeşliyi və dəyərlərinə söykənməkdir.

Qabil Hüseynli hesab edir ki, ABŞ dövlətləri öz təsir dairəsində saxlamağa can atır:

Bunu da müxtəlif yollarla həyata keçirməyə çalışır. Burda məqsəd Trampın maliyyə xərclərinin məhdudlaşdırılması və ABŞ büdcəsinin qorunması haqqında seçkiqabağı verdiyi vədləri həyata keçirməkdir. Bu nöqteyi-nəzərdən ola bilər.

ABŞ-da 1 oktyabr 2018-ci il tarixindən başlayacaq iqtisadi plana əsasən, bir çox ölkələrə göstərilən maddi yardım azaldılacaq. Maliyyə yardımının azaldılmasının planlaşdırdığı ölkələr arasında Azərbaycan, Belarus, Qazaxıstan, Türkmənistan və Kuba da var.

Bahar RÜSTƏMLİ

AzNews.az