- Köhnə - Dünya
- 8 Fevral 2013 10:32
- 1 717
Obama Cənubi Azərbaycan məsələsini muzakirə edəcəkmi?
Müraciətdə Ağ Ev İranda azərbaycanlıların pozulan hüquqlarının müdafiəsinə çağırılır: "İran hökuməti azərbaycanlıların öz dillərində azad təhsil almaq, müstəqil mediaya sahib olmaq və mədəni haqlarından bəhrələnmək kimi elementar hüquqlarını tanımaqdan imtina edir".
Turan-ın müxbirinin petisiyanın gələcək taleyi ilə bağlı Ağ Evdən rəy almaq cəhdləri nəticə verməyib. Digər rəsmi şəxs bildirib ki, qaydalara əsasən Administrasiya bunu müzakirəyə çıxara da bilər, çıxarmaya da.
Yanvarın 16-da Ağ Ev "We the People"ın qaydalarına dəyişiklik edərək Barak Obamanın ikinci prezidentliyi dönəmində sayt vasitəsilə irəli sürülən petisiyalara reaksiya verməsi üçün tələb olunan səslərin 100 minədək artırılmasını qərarlaşdırıb. Lakin İran azərbaycanlılarının müdafiəsinə çağıran petisiya bundan daha əvvəl yanvarıb 12-də yayılıb.
Bu günədək Administrasiya silahlara dövlət nəzarəti daxil olmaqla, müxtəlif mövzularda on minlərlə istifadəçinin dəstəyini toplamış "We the People" vəsatətlərini birbaşa cavablandırıb.
Ancaq aralarında populyarlığına rəğmən, hələ də Administrasiyanın reaksiyasını gözləyən petisiyalar var, məsələn, ötən il prezidentin səhiyyə islahatlarının əleyhinə çağırış edən vəsatət 40 mindən artıq səs toplayıb
AzNews.az