- Köhnə - Dünya
- 19 May 2017 13:00
- 4 059
Çin qırıcıları ABŞ təyyarəsinə imkan vermədi
Çinin Su-30 qırıcıları Amerika Birləşmiş Ştatlarına məxsus təyyarənin uçuşuna əngəl törədib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Şərqi Çin Dənizi üzərinə baş verib.
Pentaqon rəsmiləri Çin hərbi hava qüvvələrini “qeyri-peşəkar” davranmaqda ittiham ediblər.
Qırıcılardan biri ABŞ təyyarəsinin 45 metrliyinə qədər yaxınlaşıb. Çin qırıcısı ABŞ təyyarəsinin üzərində alt-üst vəziyyətdə uçub.
Pentaqon rəsmiləri bildiriblər ki, hadisə zamanı Amerika təyyarəsi Şərqi Çin Dənizi üzərində radiasiya səviyyəsini müayinə edirmiş.
Amerika Birləşmiş Ştatlarının Çinin su sərhədləri yaxınlığında fəaliyyəti dəfələrlə rəsmi Pekinlə Vaşinqton arasında gərginliyə səbəb olub.
Bəxtiyar Abbasov
AzNews.az