Misirdə nümayişçilər və polis arasındakı qarşıdurmada 93 nəfər yaralanıb. Misirdə nümayişçilər və polis arasındakı qarşıdurmada 93 nəfər yaralanıb.

Etiraz aksiyalarında 93 nəfər yaralanıb

Misirdə nümayişçilər və polis arasındakı qarşıdurmada 93 nəfər yaralanıb.



APA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, yaralananların 18-i polisdir. Qarşıdurma Tanta, əl-Məhəllə əl-Kübra və Kefr əz-Zeyyat şəhərlərində baş verib. Məlumatı ölkənin səhiyyə nazirliyi də təsdiq edib. Bəzi yerlərdə nümayişçilər inzibati binaları ələ keçirməyə cəhd ediblər.

Misirdə aksiyalar əsasən radikal yönümlü gənclər tərəfindən islamçı hökumətə qarşı keçirilir.

AzNews.az