Türkiyənin Şırnaq vilayətində ilk qadın jandarma komandiri Songül Yaqut helikopter qəzasında şəhid olub. Türkiyənin Şırnaq vilayətində ilk qadın jandarma komandiri Songül Yaqut helikopter qəzasında şəhid olub.

Türkiyənin ilk qadın jandarma komandiri şəhid oldu

Türkiyənin Şırnaq vilayətində ilk qadın jandarma komandiri Songül Yaqut helikopter qəzasında şəhid olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Uludərə rayonunda baş vermiş qəza nəticəsində 13 hərbçi şəhid olub.

Şəhidlərin arasında bir general-mayor və iki polkovnik də var.

Songül Yaqut polkovnik-leytnant rütbəsinə sahib idi.

Songül Yaqut “FETÖ” qruplaşmasının üzvləri tərəfindən ordudan uzaqlaşdırılsa da, daha sonra hüquq müstəvisində mübarizə apararaq bəraət alıb və yenidən vəzifə ilə təmin olunmuşdu.

Songül Yaqut ailədaxili münaqişələrə qarşı mübarizəsi ilə tanınırdı.

Bəxtiyar Abbasov

AzNews.az