Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp viza yoxlaması ilə bağlı yeni qaydaları təsdiqləyib. Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp viza yoxlaması ilə bağlı yeni qaydaları təsdiqləyib.

Tramp viza şərtlərini sərtləşdirdi - "Facebook"dakı paylaşımlar yoxlanılacaq

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp viza yoxlaması ilə bağlı yeni qaydaları təsdiqləyib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, yoxlamaya sosial media məlumatlarının da araşdırılması daxil edilib.

Belə ki, viza üçün müraciət edən şəxslərin son 5 ildə sosial mediyadakı, o cümlədən, "Facebook", "Twitter", "İnstagram" kimi sosial şəbəkələrdəki fəaliyyəti araşdırılacaq. Bundan əlavə, şəxsin 15 il əvvələ qədər olan tərcümeyi-halı da tədqiq olunacaq.

Tənqidçilər qeyd ediblər ki, bu, hüquqi proseslərin ləngiməsinə səbəb olacaq və Amerika Birləşmiş Ştatlarına gəlmək istəyən beynəlxalq tələbələri, həmçinin, alimləri həvəsdən salacaq.

Bəxtiyar Abbasov

AzNews.az