İran prezidenti və parlamentin spikeri yenidən üz-üzə gəliblər. İran prezidenti və parlamentin spikeri yenidən üz-üzə gəliblər.

İran elitası yenə müharibə aparır

İran prezidenti və parlamentin spikeri yenidən üz-üzə gəliblər.



Kommersant-ın verdiyi məlumata görə, onlar əvvəlcə parlamentdə sözləşib, daha sonra isə bu narazılıq prezidentə yaxın şəxlərdən birinin həbsi ilə sona çatıb.

Keçən həftə ərzində İranın keçmiş baş prokuroru Səid Mortazavinin qısa müddət ərzində həm həbs, həm azad edilməsi dünya mediasının diqqətindən yayınmadı.

Səid Mortəzəvi 2009-cu ildə Əhmədinejatın hakimiyyətdə qalmasında böyük rolu olan şəxslərdən biri olub. Həmin dövrdə keçmiş prokuroru həbs etsələr də, onun qısa müddət əzində həbsdən azad edilməsi də, heç kimin gözündən yayınmamışdı.

Keçən həftə Əhmədinejatın Misirə səfəri ərəfəsində Mortəzəvinin yenidən həbs edilməsi və 2 gün sonra azad edilməsi prezidenti özündən çıxarmışdı.

Səfərdən qayıtdıqdan sonra Mortəzəvinin kimlər tərəfindən həbs olunduğu araşdıran Əhmədinejatın spikerlə üzə-üzə gələcəyi əslində ölkədə heç kimə sirr deyildi.

Parlamentdə prezidentlə spiker Əli Larincani arasında başalanan söz atışması isə prezidentin cangüdənlərinin birinin həbsi ilə başa çatıb.

Ekspertlərin fikrincə, İranda bu cür atışmaların hələ çox olacağı istisna deyil. Spiker Əli Larincani və prezident Əhmədinejat arasında 2011-ci ildən başlayan soyuq müharibə çox güman ki, növbəti prezident seçkilərində sona çatacaq.

Aynur
AzNews.az