- Köhnə - Dünya
- 20 İyun 2017 13:02
- 4 842
Fransanın müdafiə naziri istefa verdi
Fransanın müdafiə naziri Silvi Qular vəzifəsindən istefa verib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb nazirin partiyası ilə bağlı qaldırılan istintaq işi olub. Nazir bildirib ki, o, prezidentin nəzərdə tutduğu yeni kabinetin tərkibində olmaq istəmir.
Silvi Qular “Demokratik Hərəkat” partiyasının üzvüdür. Emmanuel Makron prezident seçildikdən sonra “Demokratik Hərəkat” partiyası hakim partiya ilə ittifaq qurub.
Lakin hazırda bu partiyaya qarşı Avropa Parlamentində qeyri-qanuni işləri ilə əlaqədar istintaq prosesi başladılıb. Nazir istintaqın partiyanın fəaliyyətinə kölgə salmasını istəmədiyini bildirib.
Bəxtiyar Abbasov
AzNews.az