Türkiyə hərbi qüvvələri bu gün Qətərə yola düşür. Türkiyə hərbi qüvvələri bu gün Qətərə yola düşür.

Qətərə türk qoşunları yeridilir

Türkiyə hərbi qüvvələri bu gün Qətərə yola düşür.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ilkin mərhələdə 25 əsgər və 5 zirehli döyüş avtomobili Qətərə daxil olacaq. Hazırda Qətərdə 88 türk əsgəri var. Bununla da Qətərdəki türk əsgərlərin sayı 113-ə çatacaq.

Rəsmi Ankara növbəti mərhələlərdə Qətərdəki əsgər sayının 1000-ə çatdırılacağını bildirib. Bundan başqa, hərbi hava qüvvələrinin də Qətərə göndərilməsi nəzərdə tutulur. Türkiyə hərbi qüvvələri Qətərə tam yerləşdikdən sonra hər iki ölkənin qoşunlarının iştirakı ilə hərbi təlimlər başlayacaq.

Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələri Qətəri terrorizmə dəstək verməkdə təqsirləndirərək bu ölkə ilə diplomatik əlaqələri dayandırıb. Türkiyə isə bu böhran vəziyyətində Qətərə dəstək olacağını bildirib.

Bəxtiyar Abbasov

AzNews.az