- Köhnə - Dünya
- 24 İyun 2017 09:08
- 2 242
Məkkədə antiterror əməliyyatı- 11 nəfər yaralı
Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları müsəlmanların müqəddəs Məkkə şəhərində terror aktı planlaşdıran 5 nəfəri həbs edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, aralarında biri qadın olmaqla saxlanılanların hamısı terrorçu-kamikadze olublar. Huqüq-mühafizə orqanlarının əməkdaşları terrorçuların olduğu binanı mühasirəyə alıblar. Bu zaman onlardan biri özünü partladıb. Güclü partlayış nəticəsində 11 nəfər yaralanıb, onlardan 5-polisdir.