- Köhnə - Dünya
- 24 İyun 2017 17:19
- 5 255
Dünyanın ən bahalı şaurması - Qiymət + Foto
Dünyanın ən bahalı şaurmasını (Wrap) Litvada hazırlayıblar.
AzNews.az “madeinvilnius.lt” agentliyinə istinadən xəbər verir ki, onu hazırlayan komandanın fikrincə, yemək fəstfud olsa da, bu şaurmanın tərkibi əla keyfiyyətlidir, çünki onun hazırlanmasında timsah ətindən, yüksək əyarlı yeməli qızıl və trüfel sousundan istifadə edilib. Menyuda bu timsah şaurmasının adı “Lavish croco lavash aka Robin Hood” kimi verilib və qiyməti 32 dollardır. Onu hazırlayan Karolis Yaruşyaviçyus qeyd edib ki, qiyməti baha olan bu ekzotik yeməyin satışından əldə edilən gəlirin yarısı ciddi xəstəliyi olan uşaq evlərinə veriləcək.
Bu ekzotik yeməyə “Lavish croco lavash aka Robin Hood” adı təsadüfi verilməyib. “Lavish” əliaçıq, Robin Qud isə zənginlərdən əldə etdiyi vəsaiti yoxsullara paylayan müsbət qəhrəmandır.