Əfqanıstanın Nangarhar şəhərində təşkil edilən terror hücumu zamanı doqquz nəfər ölüb. Əfqanıstanın Nangarhar şəhərində təşkil edilən terror hücumu zamanı doqquz nəfər ölüb.

Əfqanıstanda terror - 9 ölü, 5 yaralı

Əfqanıstanın Nangarhar şəhərində təşkil edilən terror hücumu zamanı doqquz nəfər ölüb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Açin rayonunun Bander bölgəsində yol kənarına yerləşdirilən bomba vətəndaşları daşıyan avtomobilin ərazidən keçdiyi vaxt patlatılıb. Hadisə nəticəsində 5 nəfər yaralanıb.

Müalicə altına alınan yaralılar arasında uşaqların da olduğunu bildirilir.

Terror hücumuna görə məsuliyyəti heç bir qruplaşma hələ ki, üzərinə götürməyib. Lakin ölkə rəsmiləri hücumun İŞİD tərəfindən törədildiyini ehtimal edirlər.