- Köhnə - Dünya
- 4 İyul 2017 16:04
- 3 151
Su altında istirahət
Zənzibar arxipelaqında, Pemba adası sahilləri yaxınlığındakı sularda quraşdırılan kiçik ev turistlərin sevimli istirahət yerinə çevrilib.
AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu orijinal ev qeyri-standart yanaşmaları ilə seçilən İsveçin “Gemberg” şirkətinin layihəsi əsasında hazırlanıb.
Turistləri əsas cəlb edən evin sualtı otağıdır. Evin yuxarı hissəsində qonaq və vanna otaqları, eləcə də mətbəx yerləşdirilib.
Otelin yataq otağı isə “su altında” qalıb. Burada eksklüziv istirahət heç də ucuz başa gəlmir. Belə ki, 2 sutkalıq sualtı istirahət 2000 dollaradır.
AzNews.az